Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

20 il əvvəl 2020-ci il üçün proqnozlar - Hansıları düz çıxıb?

Əvvəlki dövrlərdə futuristlər, elm adamları və dövlət qurumları 2020-ci illə bağlı proqnozlar səsləndiriblər...

Həmin proqnozlardan hansıları həyata keçib, bəs hansılar reallaşmayıb?

“USA Today” nəşri bütün bunlara aydınlıq gətirib.

Proqnoz: 2019-cu ilədək insanlar 100 ildən çox yaşayacaq. (Futurist:Rey Kurstveyl/ Raymond Kurzweil, 1999-cu il)

Reallıq: Həyata keçməyib. Kurtsveyl sağlamlıqla əlaqədar cihazların (məsələn, fitnes qolbaqlar, smartfonlara yüklənən “BioScarves” və “EKG” tətbiqləri) meydana çıxması barədə dəqiq proqnoz versə də, insan ömrü ilə bağlı gözləntilərini çox şişirdib. BMT-nin məlumatına əsasən, 2019-cu ildə insanın orta yaşı 72,6 il təşkil edib. 2050-ci ilədək bu rəqəmin 77,1 ilə çatacağı gözlənilir.

P: Kompyuterlərin çoxu gözəgörünməz olacaq. Onlar hər yerə – divarlara, stollara, stullara, bəzək əşyalarına və bədənə quraşdırılacaq. (Kurtsveyl)

R: Doğrudur. Dövrümüzdə kompyuterləri istənilən yerə quraşdırmaq olar.

P: Kağız kitablar və sənədlərdən nadir halda istifadə ediləcək, onlara nadir halda müraciət ediləcək (Kurtsveyl).

R: Bu, həqiqəti əks etdirmir. Amerika Nəşriyyatlar Birliyinin illik hesabatına əsasən, ABŞ-da kitab nəşriyyatının xalis gəliri 2014-cü ildən zəifləməyə başlayıb. Lakin ötən il bu sahə 675 milyon çap edilmiş kitab buraxıb və təxminən 26 milyard dollar gəlir əldə edib.

P: Hər addımınız izləniləcək (Kurtsveyl).

R: İnsanların çoxu bunun belə olduğunu düşünür. Televizor, smartfon, veb-brauzer istifadəçilərin rəqəmsal izini izləyir.

P: Dünya əhalisi 2,5 milyard nəfərədək artacaq, 2020-ci ildə isə bu rəqəm 8 milyarda çatacaq (Beynəlxalq Sənaye Siyasəti Elmi Araşdırma İnstitutu, 1994-cü il).

R: Reallığa yaxın proqnozdur. Lakin tam reallığı əks etdirmir: BMT-nin iyun hesabatına əsasən, dünya əhalisinin sayı 7,7 milyard nəfərdir.

P: Çin dünyanın ən böyük iqtisadiyyatına çevriləcək (futuristlər Piter Şvarts/Peter Schwartz və Piter Leyden/Peter Leyden)

R: Həqiqətə yaxındır. 2019-cu ildə Çin ABŞ-dan geri qalsa da, nominal ÜDM göstəricisinə görə dünyanın ikinci iqtisadi gücünə çevrilib.

P:Pilotsuz avtomobillərimiz olacaq (Kurtsveyl).

R: Hardasa, həqiqəti əks etdirir. Onlarla şirkət hələ də pilotsuz avtomobillər üzərində sınaqlar keçirir.

P:70 yaşda pensiyaya çıxmaq normal hal hesab ediləcək (Hemiş Makrey/ Hamish McRae).

R: Bu proqnoz reallaşmayıb. 2016-cı ildə ABŞ-da kişilər üçün pensiya yaşı 65, qadınlar üçün 63 təyin edilib.

P: Amerikalılar evlərindən çıxmadan elektron vasitələrin köməyi ilə səs verəcəklər (Şvarts və Leyden).

R: Hələlik belə deyil. Qanunvericilər Amerika seçkilərinə xarici qüvvələrin müdaxilə edəcəyindən ehtiyatlandıqları üçün gələn il prezident seçkilərində telefonların köməyi ilə səsverməyə icazə verməyəcəklər.

P:Çin demokratiya yolunu seçəcək (Şvarts və Leyden).

R: Belə deyil. Çin bu il insan hüquqları sahəsində yol verdiyi pozuntularla öz üzərinə diqqət çəkib. Belə ki, Honkonqda etiraçıların hüquqları pozulub və Sincan muxtar vilayətində islah düşərgələrinə salınan, kütləvi şəkildə həbs edilən 1 milyona yaxın uyğura qarşı repressiyalar həyata keçirilir. (Xpressa)

pia.az


Etiket: 2020 proqnozlar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay